Müstəqil Həmkarlar Birliyi rayon təşkilatların rəhbərləri ilə birgə müşavirəsi keçirilib

Müstəqil Həmkarlar Birliyinin baş ofisində MHB Şamaxı, Kürdəmir, Ağsu Rayon Təşkilat sədrlərinin iştrakı ilə iclas keçirilib.

Bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Tədbirdə MHB-nin rayon təşkilatları sədrlərinin regionlarda görülən işlər barədə məlumatları dinlənilib və qarşıda duran vəzifələr haqda tapşırıqlar verilib.

Birliyin sədri Fuad Əliyev son dövrdə əhalinin sosial problemləri haqda şikayətlərin, hüquq pozuntularının araşdırılması və dövlət strukturlarına müraciətlərin operativ qaydada təşkil olunmasını MHB RT sədrlərinə bildirdi.

MHB sədr müavinləri Xəzər Teyyublu və Əhməd Rəhmanov, Şamaxı RT nümayəndəsi Vasif  Ağayev, Kürdəmir RT sədri İlham Alışov və Ağsu RT sədri Nicat Suleymanlı mövzular ətrafında fikirlərini  bildiriblər.

Tədbirin sonunda MHB RT sədrlərinə təlimatlar, müvafiq sənədlər və yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri verilib.

0.074128866195679