#HƏMRƏYLİK xeyriyə aksiyasına start verildi

Müstəqil Həmkarlar Birliyin (MHB) Mətbuat Xidmətinin məlumatına görə, 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar #HƏMRƏYLİK xeyriyə tədbiri keçirəcək.

Tədbir çərçivəsində rəsim satış sərgisi  təşkil olunacaq. Satışdan əldə olunan vəsait şəhid ailələri və qazilərə həmçinin ehtiyacı olan digər şəxslərə yardım məqsədilə istifadə olunacaqdır. Şəhid ailələri və qazilərə xüsusi diqqətin göstərilməsi bütövlükdə cəmiyyət,gələcək nəsillər üçün örnəkdir.

Sizi bu tədbirdə aktiv iştirakçı olmağa dəvət edirik!

Tədbirdə xeyriyə konsertinin də  keçirilməsi nəzərdə tutulur. 

Hörmətli Xanımlar və Bəylər!

Bu tədbirin məqsədi, həmrəylik, humanistlik, dostluq, sevgi və birliyimizin növbəti nümayişidir. Aksiya, bütövlükdə cəmiyyətin,eləcə də xüsusi diqqətə ehtiyacı olan həssas təbəqəni sevindirmək ideyasını daşıyır.

Hörmətli Xanımlar, Bəylər!

Tədbir iştirakçıları  geyim, ayaqqabı, yataq dəstləri, şirniyyat və.s müxtəlif hədiyyələr, eləcə də ianə ilə aksiyaya qoşula bilər.

Müstəqil Həmkarlar Birliyi hər zaman xüsusi  diqqətə ehtiyacı olan həssas təbəqəyə qayğı göstərilməsini gündəmində saxlamış, müxtəlif tədbirlər və aksiyalar keçirmişdir.Bu məqsədlə tədbirlərin,aksiyaların həyata keçirilməsi davam edəcəkdir.

#HƏMRƏYLİK xeyriyə aksiyasında iştrak etmək istəyən hər kəs və bütün təşkilatlar İanə və digər hədiyyələri 05.01.2024 tarixinə qədər aşağıda göstərilən ünvana gətirə bilər:

Nizami rayonu, küç. Əzim Əzimzadə 4, 3-cü mərtəbə. MHB (Müstəqil Həmkarlar Birliyi).

WhatsApp: +99455 556 25 42

Unutmayaq! Yardımlaşmaqla, paylaşmaqla #HƏMRƏYLİYİMİZ   #DƏMİRYUMRUQ kimi daha da güclənəcək!

0.047029972076416