"Səhiyyə işçiləri də üzləşdikləri coxsaylı problemlərdən danışır"

Azərbaycanın səhiyyə sistemində ciddi problemlər olduğu barədə uzun müddətdir ki, danışılır. Tibbi xidmətlərin keyfiyyəti və digər problemlərə, İcbari Tibbi Sığorta da əlavə olundu. Səhiyyə işçiləri də üzləşdikləri coxsaylı problemlərdən danışır.

Azreform.info bununla bağlı Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyevin fikirlərini öyrəndik.

Fuad Əliyev hesab edir ki, ölkəmizdə keçirilən sosial islahatlar, səhiyyə sistemində də ciddi addımlar atılmalıdır:

“Azərbaycanın səhiyyə sistemində, həm dövlət, həm də özəl sektorunda, olan problemlər öz həllini tapmayıb. Tibb işçilərin ümumi problemləri olsa belə, dövlət və özəl sektorunda çalışan işçilərin fərqli problemləri də mövcuddur. Özəl sektorda çalışan tibb işçilərimizin hüquqi cəhətdən bir çox problemlərlə üzləşirlər. Fəaliyyət göstərdikləri özəl müəssisələrdə işçi heyətin hüquqları bəzi hallarda həmin qurumların rəhbərləri tərəfindən pozulur. Başqa bir problemi deyim. Tibbi personal xəstələrlə yaranmış insidentlərdə haqlı olsalar da, onların hüquqları qorunmur. Digər tərəfdən özəl sektorda həmkarlar təşkilatların fəaliyyəti təşkil olunmayıb. Ümumiyyətlə, özəl klinika sahibləri həmkarlar komitələrin fəaliyyətlərindən maraqlı deyirlər.

Dövlət sektorunda isə işçilərin özəl sektorunda işçilərlə müqayisədə az maaşların alınması, digər problemlərə gətirib çıxarır. Həmkarlar komitələrin fəaliyyəti olsa da, bu komitələr işçilərin hüquqlarını qorumurlar”.

Səhiyyə sektorunda çalışan işçilərinin problemlərin həllinin necə gördüyünü sualına Fuad Əliyev belə cavab verdi:

“Yuxarıda qeyd etdiyim kimi, bu məsələ kompleks şəkildə həll olunmalıdır. Dövlət sektorunda çalışan tibbi personalın maaşları yüksək olmalıdır. Onlar xəstənin yaxınlıların “əllərinə” baxmamalıdırlar. Dövlət xəstəxanalarda xəstələrin qalmaq şəraiti də yüksək səviyyədə olmalıdır. Bu tibb personal üçün də aiddir. Tibb personalı normal şəraitdə işləməlidirlər. Bu kimi problemləri çox sadalamaq olar. Dövlət sektorunda tibb işçilərin problemləri daha çoxdur. Özəldə isə qeyd etdiyim kimi həmkarlar komitələrin olmamasıdır. Baxın, özəl klinikalarda həmkarlar komitələri yaratmaq istiyənlər bizə müraciət edirlər. Deyirlər ki, klinika rəhbərliyi buna icazə vermir. Gedib görüşürük klinika rəhbərliyilə. Biz onlara başa salırıq ki, icazə verməmək, qanuna ziddir... Ümumiyyətlə, dövlət və özəl sektorunda mövcud olan problemlərin əksəriyyətini həll edən həmkərlar komitələrin üzərinə düşür. Həmkarlar Konfederasiyası isə sanatoriyaya göndərişlərin satılması ilə məşquldular, işçilərin hüquqların müdafiəsinə vaxt çatmır”.

0.050106048583984