Xaçmazda zəncirvari qəza: Xəsarət alanlar var - FOTO

Xaçmazda zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 2107, “Mercedes-Benz” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.063855886459351