Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki balıqartırma zavodu ləğv edilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə qurumun tabeliyində olan Çaykənd və Tovuz Balıqartırma Zavodları ləğv edilir.

“Report” xəbər verir ki, bununla bağlı Ləğvetmə Komissiyası yaradılıb.

Kreditorlar tələblərini iki ay müddətində Komissiyaya (Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına) təqdim edə bilərlər.

0.19552612304688