Övladı ağır xəstəlikdən əziyyət çəkən ana: “Bir həftədir meyvə istəyir, onu belə almağa pulum yoxdur” - FOTO
12 yaşlı İsmətin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Günel Rzayeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə miopatiya (əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir.
“İsmətin 12 yaşı var. O, anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkir. Övladım doğulan gündən bütün müalicələrini etsək də, hazırda onun vəziyyəti ağırdır. Həkimlər övladımdan ümidi kəsməyimi desə də, mən bir ana kimi bunu bacarmıram. Onun son gününə qədər mübarizə aparmağa hazıram. İnanın, əlimdə olan hər şeyi satmışam, artıq borc almağa da kimsəm qalmayıb. İsmət artıq bir həftədir meyvə istəyir, inanın, onu almağa belə pulum qalmayıb. Hazırda İsmətin müalicələrini etdirə bilmək üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 762-38-36.
Uni Bank - 5243 7544 4230 2418