Naxçıvanda qəza: Xəsarət alan var - FOTO/VİDEO

Naxçıvan şəhərində iki avtomobil toqquşub, xəsarət alan var.

“Report” xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.

VAZ-2108 və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.045006036758423