Ötən il tikilən və təmir olunan məktəblərin sayı açıqlanıb
2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.
Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, həmin təhsil müəssisələrindən üçü peşə, üçü məktəbdənkənar, biri internattipli, 33-ü ümumi təhsil müəssisəsidir.
Nazirliyin məlumatına əsasən, Heydər Əliyev Fondu ötən il 20 təhsil müəssisəsində təmir-tikinti işi aparıb.
Həmçinin, 61 təhsil müəssisəsi (59 ümumi, iki peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, dörd məktəbdənkənar, 12 internat, bir kollec) cari təmir olunub.