Ötən il Biləsuvarda qaz sızması nəticəsində dağıntıya məruz qalan bina sökülür

Ötən il Biləsuvar şəhərində qaz sızması nəticəsində qəzalı vəziyyətə düşən binada söküntü işləri aparılır.

“Report”un məlumatına görə, bina ikigirişli və beşmərtəbəli olub.

Gələcəkdə binanın yerində parkın tikintisi gözlənilir. Binada yaşamış 37 ailənin hər birinə kompensasiya da artıq ödənilib.

Belə ki, hər ailəyə sahib olduğu mənzilin real qiymətinə uyğun ikiotaqlı üçün 35 min, üçotaqlı üçün isə 45 min manat ödənilib.

Qeyd edək ki, ötən ilin aprel ayında binanın beşinci mərtəbəsində qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət almışdı.

0.082498073577881