Suraxanıda 18 yaşlı gənci avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Günəşli qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü İrfan Nadir oğlu Hüseynlini vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

0.048813104629517