Bayram Kürdəxanlının Rusiyada oğlunun olduğu üzə çıxdı - VİDEO
Avtomobil qəzasında dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanlının Rusiyada oğlu olduğu üzə çıxıb.
Bakunews.media xəbər verir ki, bu barədə ARB-nin efirində yayımlanan verilişlərdən birində məlumat verilib.
Mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib. O qeyd edib ki, ancaq onunla əlaqəsi yoxdur.
“Qardaşım hardasa 35 il əvvəl bir qızla Moskvada tanış olmuşdu. O qız orada təhsil alırdı, qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra o, universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə vermədi. Sonradan bildiyim məlumata görə, o, avtomobil qəzasında həyatını itirib. Onun Bayramdan bir oğlu olmağını mən sonradan bildim. Mən onun tapılmağını çox istəyirəm. Qardaşımın yadigarıdır”, - deyə o bildirib.
Daha ətraflı ARV TV-nin süjetində: