Başqa avtomobilə görə cərimə edildi, maşınına həbs qoyuldu - DYP-dən AÇIQLAMA + FOTO

Vətəndaş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən narazıdır.

Bu barədə Orxan Əmiraslanov adlı şəxs Bakunews.media-ın redaksiyasına müraciət ünvanlayıb.

O bildirib ki, başqa nəqliyyat vasitəsinin yol hərəkəti qaydasını pozmasına görə ona cərimə tətbiq olunub:

“Bir neçə ay əvvəl başqa nəqliyyat vasitəsinin də cərimə protokolu mənə gəlib. Nəticədə DYP tərəfindən mənim nəqliyyat vasitəmə həbs qoyulub. Nəticədə maşınımı nə sürə bilirəm, nə də texniki baxışdan keçirə bilirəm. Məsələ barədə dəfələrlə BDYPİ ilə əlaqə saxlasam da, nəticəsi olmur”.

Məsələ barədə BDYPİ ilə əlaqə saxladıq. 

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan avtomobillə bağlı texniki səhv səbəbindən yanlış yazılmış elektron protokol düzəldilib:

“Vətəndaşın törətdiyi digər qayda pozuntuları ilə bağlı mərkəzi informasiya sistemində hər hansı bir ödəniş mövcud deyildir”.

İlhamə Əbülfət

0.12629294395447