Kürdəxanıda avtomobil qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən supermarketlərdən birinin qarşısında qeydə alınıb.

Tağı Nurəddin oğlu idarə etdiyi KIA markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Yeganə Məmmədhəsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

0.066293954849243