Azərbaycanın məşhur məşqçisi Faiq Qarayevin doğum günüdür

Bu gün Azərbaycanın məşhur məşqçisi Faiq Qarayevin doğum günüdür.

Bakunews.media xatırladır ki, Faiq Əli oğlu Qarayev 1959-cu il yanvarın 11-də Ağstafa rayonunda dünyaya gəlib.

O, voleybolla Bakı şəhəri 70 nömrəli məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb. Öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. İlk voleybol məşqçisi Yuri Alekseyeviç Qlotkov olub.

1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş “Neftçi”) SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/1990 mövsümündə bürünc mükafata yiyələnib.

1989-cu ildə anasının 46 yaşında dünyasını dəyişməsi və ardınca Azərbaycanda siyasi qarışıqlıq onda müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb olub.

1991-ci ildə komanda SSRİ Kubokuna yiyələnib, 1993-cü ildə CEV Kuboklar Kubokunda 2-ci yeri tutub. Onun məşqçiliyi altında “Azərreyl” QVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb.

Yanvar hadisələrinin ən fəal iştirakçılarından biri olub. 1990-cı il yanvarın 19-da axşam saat 9-un yarısında sürücü onu “Salyan kazarması” adlanan yerə müalicə üçün aparıb. 1 saat 45 dəqiqə müalicədən sonra ayılan Faiq Qarayev nə sürücüsünü, nə də maşını tapa bilməyib. Yolda saxladığı “Volqa” avtomobili ilə köhnə “İnturist” hotelində məskunlaşan komandasının yanına yollanıb. Telestudiyanın yanına çatanda rusiyalı əsgərlər onları saxlayıblar. Əsgərlər onları maşından düşürüb, üstlərini yoxlayıb buraxıblar. Onlar maşına oturanda telestudiya Qarayevin gözünün qabağında partlayıb. Ondan sonra hotelə gələn Qarayev, orada heç kəsin olmadığını görüb. Həmin gecəni səhərə qədər hoteldə qalıb.

2015-ci ildə Azərbaycan qadın milli voleybol komandasının məşqçisi təyin olunub.

Vaqif Qarayev 2007-ci ildə “Şöhrət”, 2019-cu ildə “Əmək” ordenlərinə layiq görülüb.

0.090070009231567