Bakıda içməli su sarılıq xəstəliyinə səbəb olub? - RƏSMİ CAVAB + VİDEO

Paytaxtın Sabunçu rayonunda sakinlər içməli sudan sarılıq xəstəliyinə yoluxduqlarını iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Əmircan və Bülbülə qəsəbə sakinləri içməli sudan sarılıq xəstəliyinə yoluxduqlarını və zəhərləndiklərini deyirlər.

Vətəndaşların şikayətləri ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB)-bildiriblər ki, sözügedən ərazilərdən sarılıq xəstəliyi ilə bağlı müraciətlər daxil olub. Pasientlərə zəruri tibbi xidmət göstərilir. Məsələ isə diqqətdə saxlanılır.

Xatırladaq ki, əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi üçün bir neçə il əvvəl Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Bu layihə Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməli idi. İndi sudan zəhərlənmə və sarılıq xəstəliyinə yoluxma iddiaları suyun keyfiyyəti ilə bağlı şübhələr yaradır.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumatın həqiqəti əks etdirmədiyini dedi. Ümid edirik ki, məsələnin ciddiliyi nəzərə alınacaq və bu hal araşdırılacaq.

Ətraflı süjetdə:

0.10379219055176