Tanınmış jurnalistin adı ilə saxta profillər açıldı: Xanımlara eşq etirafları edildi - FOTO
Tanınmış jurnalist və turizm bloqeri Azər Qəribin adı ilə saxta profillər yaradılıb.
Bakunews.media xəbər verir ki, bununla bağlı Azər Qərib özünün “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, adından yaradılan saxta profillərlə əcnəbilərə, xüsusən də xanımlara mesajlar yazaraq, eşq etirafları edilib. Həmçinin həmin xanımların bir çoxunu aldadaraq, vəsaitlərini də mənimsəyiblər.
Azər Qərib dələduzların toruna düşən şəxslərin onunla əlaqə qurduğunu və məhkəməyə verməklə təhdid etdiyini də vurğulayıb. Jurnalist bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini bildirməyib.
Nəzrin Vahid