Naftalan şəhərində 53 yaşlı qadın yaşadığı mənzildə dünyasını dəyişib.
“Report”un məlumatına görə, Naftalanda mənzillərdən birində 1971-ci il təvəllüdlü Azadə Babayevanın meyiti aşkarlanıb.
Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.