Goranboyda piyadanı maşın vurub: Vəziyyəti ağırdır

Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Əlirzalı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Müşviq Quluyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.050179958343506