Pakistan və İran səfirləri paytaxtlara qaytarmaq barədə razılığa gəliblər

Pakistan və İran gərginliyi artırdıqdan sonra səfirlərini yanvarın 26-dək paytaxtlarına qaytarmağa razılaşıblar.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin 2024-cü il yanvarın 26-dək öz vəzifələrinə qayıtmaları üçün ortaq razılıq əldə olunub”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Pakistan və İran barışıqda ortaq maraqlı olduqlarını bildiriblər.

Mənbə: RT

0.049033880233765