Rusiyada mədəndə qalan 13 işçinin xilas edilməsi əməliyyatı dayandırıldı - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində “Pioner” mədənində xilasetmə əməliyyatı bitib. Fövqəladə hallar xidmətləri xilas etmək üçün işləri rəsmən dayandırıb.

Bu barədə “Pokrovski Mədən” ASC-nin (“Pioner” mədəninin operatoru) mətbuat xidməti xəbər verib.

Bildirilir ki, qərara səbəb çökmə təhlükəsi və kəşfiyyat quyularından alınan məlumatlar olub.

“Qazma nəticələri göstərib ki, şaxtaçıların ola biləcəyi yerlər süxur kütləsi və su ilə dolu olub. Əməliyyatda iştirak edən xilasedicilərin və mədən işçilərinin həyatlarına hazırda ölüm riski var”, - deyə məlumatda vurğulanıb.

Xilasetmə kontingentindən olan mənbənin sözlərinə görə, mədəndə bağlı qalan işçilərlə əlaqə yaratmaq mümkün olmayıb, dərinlikdən gələn tıqqıltı isə bir neçə gün əvvəl dayanıb.

Xatırladaq ki, iki həftə əvvəl “Pioner” qızıl mədənində çökmə baş verib. Hadisə nəticəsində 13 işçi mədəndə qapalı qalıb. Bütün bu müddət ərzində onları xilas etməyə çalışsalar da, hazırda əməliyyat iştirakçılarının dediyinə görə, ümid sönüb.

Onu da qeyd edək ki, bir neçə gün öncə “Pioner” mədəninin idarəedici direktoru saxlanılaraq “İş zamanı təhlükəsizlik tələblərinin pozulması” maddəsi ilə ittiham edilib. Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxs mədənin yanında su ilə dolu karxana olduğunu bilsə də, işlərə davam edib.

Mənbə: “112” “Telegram” kanalı

0.050287961959839