“Lego” ən böyük oyun dəstini təqdim edəcək

“Lego” minyonlar barədə yeni cizgi filminin premyerası üçün ən böyük konstruktor dəstini buraxacaq.

Yeni dəst cizgi filmi qəhrəmanlarından biri olan minyon Timin fiqurudur. Model 102 213 hissədən ibarətdir və hündürlüyü 2,5 metrə çatır.

Cizgi filminin premyerası 2024-cü il iyulun üçünə planlaşdırılıb.

Qeyd edək ki, əvvəlki “Lego” rekordçuları arasında 11 695 hissədən ibarət dünya xəritəsi, 10 307 detallı Eyfel qülləsi və 9 090 hissəli “Titanik” modeli var.

Mənbə: TASS

0.060722827911377