Əfqanıstan müharibəsindən qalma mina partladı: Doqquz uşaq həyatını itirdi

Əfqanıstanın Qəzni vilayətində uşaqların çöldə tapdıqları mina ilə oynaması nəticəsində partlayış baş verib.

Nəticədə beşi qız olmaqla doqquz uşaq həyatını itirib.

Hadisəyə münasibət bildirən Əfqanıstanın Mədəniyyət və İnformasiya İdarəsinin Qəzni vilayəti üzrə direktoru Molla Həmidullah Nisar qeyd edib ki, mina Sovet İttifaqının Əfqanıstanda apardığı müharibədən qalma olub.

Xatırladaq ki, 1979-1989-cu illərdə Əfqanıstana müdaxilə edən Sovet İttifaqı yerli müqavimət qüvvələri ilə mübarizə aparmaq üçün kəndlərdə minalar yerləşdirib. Bu minalar bu gün də çox sayda mülki insan ölümünə səbəb olur.

Mənbə: Bakhtarnews.af

0.051355838775635