Korsikadakı “Nazione” Partiyasının lideri verilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib - VİDEO

Fransanın Korsika şəhərində müstəqillik sədaları artdıqca, Fransa Prezidenti Emmanuel Makron və hökumətinə qarşı reaksiya da artır.

Bakunews.media-ın məlumatına görə, bu barədə Korsikanın müstəqilliyini müdafiə edən “Nazione” Partiyasının lideri Erik Simone adada baş verən hadisələrin nəbzini tutmağa davam edən “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrula danışıb.

Erik Simone müstəqillik uğrunda səslərini bütün dünyaya çatdırmağa çalışdıqlarını bildirib. O, Azərbaycana əvvəldən bu prosesi dəstəklədiyinə görə təşəkkür edib.

“Biz istəyirik ki, beynəlxalq hüquqa uyğun olaraq hüquqlarımıza hörmət edilsin. Biz BMT tərəfindən tanınan öz müqəddəratını təyinetmə hüququna malik olmaq istəyirik, lakin Korsika xalqı bu hüquqdan istifadə edə bilmir. Biz istəyirik ki, bütün dünya bunu bilsin. Bizə səsimizi çatdırmaq şansı verdiyi üçün Azərbaycan kimi ölkələrə təşəkkür edirik”, - Simone bildirib.

Qeyd edək ki, adadakı müstəqillik tərəfdarları tərəfindən qəhrəman kimi görünən İvan Kolonnanın 2022-ci ildə həbsxanada olarkən öldürülməsi Korsikada genişmiqyaslı etiraz dalğasına səbəb olub. Makron bu etirazları yatırmaq üçün muxtariyyət kartını masaya qoyub, lakin müstəqillik istəyənlər tələblərini yerinə yetirmədən muxtariyyətin kifayət etməyəcəyini bildirirlər.

“Nazione” Partiyasının lideri Paris administrasiyasının təklif etdiyi respublika daxilində muxtariyyət düsturunun əsas tələblərinin yerinə yetirilmədiyinə diqqət çəkərək zülm siyasətinə məruz qaldıqlarını qeyd edib.

“Prezident Makron başqa ölkələrə demokratiya dərsi keçməyə çalışır, lakin o, Korsika xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımır”, - Simone əlavə edib.

Daha ətraflı videosüjetdə:

 

0.065027952194214