İranın Dəməşqdəki konsulluğu fəaliyyətini bərpa edib

İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğu fəaliyyətini bərpa edib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğu dörd günlük fasilədən sonra fəaliyyətini bərpa edib.

Xatırladaq ki, İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğu bazar ertəsi günü dağıdılıb. Suriya və İran mediası bunun İsrailin hava hücumu nəticəsində olduğunu bildirib və İsrailin İran və onun müttəfiqlərinə qarşı addımlarının Yaxın Şərqdə münaqişənin kəskin şəkildə genişləndirməsi kimi qiymətləndirib. İsrailin zərbələri nəticəsində iki general da daxil olmaqla yeddi SEPAH-ın yeddi yüksəksəviyyəli zabiti ölüb.

0.42570996284485