Asiyada Şengen zonasının analoqu yarana bilər

Tailandın baş naziri Sretta Tavisin Cənub-Şərqi Asiya ölkələri ilə birgə viza proqramı yaratmaq təşəbbüsü ilə çıxış edib.

Son aylarda o, bu ideyanı Kamboca, Laos, Malayziya, Myanma və Vyetnamdakı həmkarları ilə müzakirə edib.

Avropa Şengen vizasının analoqunun hazırlanması dünyanın hər yerindən gələn turistlərə altı qonşu ölkə arasında sərbəst səyahət etmək imkanı verəcək.

Qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələri ötən il 70 milyona yaxın xarici turist qəbul edib.

Mənbə: rbc.ru

0.42102098464966