ABŞ-də qandallanmış 85 yaşlı qadın oğrunu öldürdü

ABŞ-də əyləşdiyi oturacağa qandallanmış 85 yaşlı təqaüdçü evinə basqın edən qulduru öldürüb.

Kristina adlı qadın Aydahoda yaşayır. Soyğunçu gecə saatlarında onun evinə soxulub, qadını döyüb, çarpayıdan sürüyərək qaldırıb və qonaq otağındakı oturacağa qandallayıb.

Oğru evin ətrafında gəzişərək qiymətli əşyalar axtararkən qadın şkafa doğru sürünərək tapançasını götürməyə nail olub.

Quldur geri qayıdanda nənə atəş açıb. O, cəmi iki dəfə atəş açmaqla hədəfi vurub.

Cinayətkar cavab atəşi açmağa çalışıb və yaşlı qadını yaralayıb, lakin qanaxmadan özü ölüb. Qadın isə sağ qalıb və artıq sağalmaq üzrədir.

Mənbə: mk.ru

0.47176003456116