Bakıda “Prius” piyada qadını vuraraq öldürüb

Bakıda “Toyota Prius” qadını vuraraq öldürüb.

APA xəbər verir ki, Binəqədi rayonu ərazisində Orxan Həsənov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada Xoşqədəm Həsənovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

0.41506910324097