Balakəndə yük maşını qapı-pəncərə sexinə çırpıldı - AÇIQLAMA + FOTO/VİDEO

Bu gün Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, bunu özündə əks etdirən videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev faktı təsdiqləyib.

O, Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Balakən şəhərində qeydə alınıb.

“Belə ki, rayon sakini İsa Gülüyev idarə etdiyi MAZ markalı, 10-JK-629 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtonəqliyyat vasitəsini Balakən şəhəri ərazisində fəaliyyət göstərən plastik qapı-pəncərə sexinə çırpıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, obyektə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”, - deyə E.Hacıyev bildirib.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

0.41725206375122