Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

Bakunews.media xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gəlib. Görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından komandalar əlavə vaxta ehtiyac duyublar. Burada da qalib müəyyənləşmədiyindən qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib.

Qeyd edək ki, penaltilərdə daha inamlı çıxış edən “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun sahibi olub.

0.36148715019226