Azərbaycanda dönərdən zəhərlənənlərin sayı sürətlə artır: Aralarında tələbələr da var - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.

APA-nın məlumatına görə, zəhərlənən şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müraciət edənlərdən laborator müayinələr üçün müvafiq nümunələr götürülüb.

Daxil olan 15 nəfərdən beşi azyaşlıdır.

20:44

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.

APA-nın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

19:08

Zaqatalada ana və iki övladı dönərdən zəhərləniblər.

APA-nın məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.

Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

0.083677053451538