Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı
Kürdəmirdə beş yaşlı uşaq yaşayış binasının dördüncü mərtəbəsindən yıxılıb.
“Report”un xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib.
Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.
Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.
Faktla bağlı araşdırma aparılır.