İranın mərhum prezidenti İbrahim Rəisinin dəfn mərasimi keçirilir

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi keçirilir.

Cənubi Xorasan əyalətinin Bircend şəhərində keçirilən vida mərasimindən sonra İ.Rəisinin tabutu Məşhədə çatdırılıb.

Məlumata görə, Məşhəd şəhərinin küçələrində 3 milyona yaxın insan toplaşıb.

Mənbə: TASS

14:10

Mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İran Prezidenti İbrahim Rəisinin nəşi Cənubi Xorasan əyalətinin əhalisi ilə vida mərasimindən sonra doğulduğu Məşhəd şəhərinə aparılıb.

Mərhum dövlət başçısı İmam Rza ziyarətgahında dəfn olunacaq.

Bununla əlaqədar yerli mediada kadrlar yayılıb.

İranın mərhum prezidenti İbrahim Rəisinin dəfn mərasimi keçirilir

İranın mərhum prezidenti İbrahim Rəisinin dəfn mərasimi keçirilir

Xatırladaq ki, İran prezidenti, eləcə də Xarici İşlər Nazirliyinin rəhbəri və digər rəsmi şəxslər helikopter qəzasında həlak olublar. Onlarla vida mərasimləri əvvəllər Tehran, Qum və Təbriz şəhərlərində keçirilib.

Mənbə: Donya-e-eqtesad.com

1.7106988430023