Türkiyədə məktəb tədbirində partlayış: Yaralananlar var

Türkiyənin Qaziantep rayonundakı liseydə məzuniyyət şənliyi zamanı helium qazı ilə doldurulmuş şarların partlaması nəticəsində 8 şagird müxtəlif yerlərindən yanıq xəsarətləri alıblar.

Hadisə Şahinbəy bölgəsində yerləşən Ayıntap Anadolu Liseyində baş verib.

Məlumata görə, məktəbdə 2023-2024-cü tədris ilinin buraxılış mərasimi keçirilən zaman naməlum səbəbdən şarlar partlayıb. Partlayış yerinin yaxınlığında olan səkkiz şagird yaralanıb. Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan uşaqlardan altısına ambulator yardım göstərildiyi halda, iki şagird xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Türkiyədə məktəb tədbirində partlayış: Yaralananlar var

Türkiyədə məktəb tədbirində partlayış: Yaralananlar var

Mənbə: İHA, Haber Global

1.7034180164337