"Adidas"da milyonlarla avroluq rüşvət qalmaqalı

Almaniyanın idman geyimləri istehsalçısı "Adidas" şirkətinin Çin filialında milyonlarla avroluq rüşvət alınması ilə bağlı məlumatlara görə araşdırmaya başlanılıb.

Məlumata görə, sosial şəbəkələrdə "Adidas China" şirkəti əməkdaşlarının yazdığı iddia edilən anonim məktub peyda olub. Məktubda bildirilir ki, yüksəkvəzifəli əməkdaşlar şirkətin xarici təchizatçılarından geri ödəmələr alıblar və həmçinin ildə 250 milyon avro marketinq büdcəsi ilə çalışıblar.

Hazırda bu iddiaların detalları araşdırılır.

Mənbə: gazeta.ru

0.3241400718689