CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var

Cənubi Afrika Respublikasının (CAR) şərqində avtobusla mikroavtobusun toqquşması nəticəsində 10 nəfər ölüb.

Məlumata görə, daha 24 nəfər yaralanıb və hazırda xəstəxanalardadırlar.

Bildirilir ki, hadisə Delmas şəhəri (Mpumalanqa əyaləti) ərazisində əlverişsiz hava şəraitində görmə imkanlarının məhdud olması ucbatından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: TASS

0.29544711112976