Rusiya Estoniyaya etiraz notası verdi

Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Bu barədə səfirliyin məlumatında qeyd edilib.

Etiraz notası Estoniya hökuməti tərəfindən sovet əsgərlərinin dəfn yerinin köçürülməsi ilə əlaqədardır.

Rusiya tərəfi bu addımı İkinci Dünya müharibəsində həlak olan şəxslərin ruhuna hörmətsizlik kimi qiymətləndirərək, qarşı tərəfdən bu kampaniyanı dayandırmağı çağırıb.

Mənbə: TASS

0.35473799705505