Avstraliyada faciə: Üç uşaq evdə yanaraq öldü

Sidneyin qərbində evdə baş verən yanğında üç uşaq ölüb.

Bu barədə Avstraliyanın Yeni Cənubi Uels əyalətinin polisi məlumat yayıb.

Bildirilib ki, on aylıq qız, iki və dörd yaşlı iki oğlan ölüblər. Onların şəxsiyyəti hələ müəyyən edilməyib.

Hadisədən sonra zəhərlənmə əlamətləri olan 29 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Mənbə: 9news.com.au

1.0037078857422