Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Xətai kəndində baş verib.
Kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyevi yaşadığı evdə elektrik naqillərini düzəldən zaman "tok" vurub.
60 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.