Mikayıl Cabbarov: "Yüksəliş" müsabiqəsinin insan kapitalının inkişafı üçün əhəmiyyəti var"

"Yüksəliş" müsabiqəsinin insan kapitalının inkişafı üçün əhəmiyyəti var".

Bakunews.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimində deyib.

O qeyd edib ki, "Yüksəliş" müsabiqəsinin qabiliyyətin, yaradıcılığın, innovativ bacarıqların sınaqdan keçirilməsi, insan kapitalının inkişafı üçün və liderlərin formalaşmasında müstəsna yeri var:

"Müasir dünyada hər bir dövlətin və cəmiyyətin rolunu müəyyənləşdirən insan kapitalıdır.

Cəmiyyətlərin, dövlətlərin rifah səviyyəsi insan kapitalı ilə bağlıdır. Müsabiqənin ildən-ilə təkmilləşdirilməsinin yolları, yeni formatların tətbiqi ətrafında təcrübələrə əsaslanaraq müzakirələr aparılır".

Nəzrin Vahid

0.79355406761169