Bakıda sürücü qəsdən digər avtomobili vurub yoldan çıxardı - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda hərəkətdə olan avtomobilin sürücüsü qəsdən digər avtomobili vurub.
Bakunews.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, Bakının Nərimanov rayonu, Atatürk prospektində, hərəkətin intensiv olduğu bir vaxtda 77-HX-718 dövlət nömrə nişanlı "Prius" markalı avtomobilin sürücüsü 10-EA-350 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşını vuraraq yoldan çıxarmağa cəhd edib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Əzizə İsmayılova