Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Aytən Süleymanlı məlumat verib.
O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:
"Yunisin yeddi yaşı var. O doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər".
Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:
"Biz Hacıqabul rayonunda yaşayırıq. Yoldaşımın qıcolması olduğu üçün ağır işdə çalışa bilmir. Özüm isə evdar qadınam. İnanın, Yunisin əməliyyatından sonra müalicələrini vaxtlı-vaxtında edə bilmirik. Ağrıkəsici alarkən belə qonşudan borc götürürəm. Hazırda Yunisin müalicələri üçün 1 000 manata ehtiyacımız var. Müalicə etməsək, həkimlər kistanın yenidən əmələ gələ biləcəyini deyirlər. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 328-13-23.
Kapital Bank: 5239 1517 7139 1243.