Sərxoş şəxsin pəncərəni yumruqlaması ölümünə səbəb oldu
Şəkidə qolunu şüşə kəsən 34 yaşlı kişi xəstəxanada vəfat edib.
"Report"un məlumatına görə, 1990-cı il təvəllüdlü Pərviz Fərhad oğlu Babayev ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.
Nəticədə şüşə onun qolunu kəsib. 34 yaşlı kişi xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.