Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2115 markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Salyan şəhər sakinləri - 1998-ci il təvəllüdlü Elnur Elman oğlu Babayev və 2001-ci il təvəllüdlü Əlikram Əli oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1.6814179420471