İşğaldan azad edilmiş ərazilərə səfər edən şəxslər üçün yaddaş kitabçası hazırlandı
İşğaldan azad edilmiş ərazilərə buraxılan şəxslər üçün yaddaş kitabçası hazırlanıb.
Bakunews.media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
Bildirilib ki, kitabçada işğaldan azad edilmiş ərazilərə səfər edənlərin riayət etməli olduğu tələblər yer alıb.