Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.
"Unikal"ın məlumatına görə, hadisə Vidadi küçəsi, 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Teymur Yavər oğlu Bəşirov döyülərək çoxsaylı xəsarətlər alıb.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.