9 aylıq körpənin anası dəstək istəyir: "Ayxana nəsə olsa, yaşaya bilmərəm"
"Ayxan mənim yeganə övladımdır, onu itirsəm, həyatımın mənası qalmaz".
Bu sözləri övladı Ayxan Qarayev üçün dəstək istəyən Yetər Qarayeva Bakunews.media-a deyib.
O, övladının beynində anadangəlmə şiş olduğunu bildirib:
"Ayxan ötən ilin sentyabrında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında idi. Ayxan doğulan gün küvəzə düşdü, həkimlər beynində şiş olduğunu dedilər. Doğulduğu gündən müalicələrə başladıq. Əlimizdə olan hər şeyi müalicələr üçün satdıq".
Yetər Qarayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Biz Yevlaxda yaşayırıq. Yoldaşım fəhlə işləyir, gündəlik pul qazanır. Bəzən iş olmur. Müalicə üçün toyumuzda alınan qızılları, dəyərli əşyalarımızı satmışıq. Son aylar isə sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələri apara bilirik. Həkimlər Ayxanın səhhətində müsbət irəliləyiş olduğunu deyirlər. Ayxanın müalicəsi üçün hazırda 520 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 434-54-67.
Kapital Bank: 4169 7388 8941 7196.