Rusiyanın Türkiyədəki səfiri təhdidlərdən şikayət etdi

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov təhqir və təhdidlərə məruz qaldığını etiraf edib.

“Sizin hərbçilərin kəllələrindən göydələnlər quracayıq”, “Axıtdığınız hər damla qan üçün cavab verəcəksiniz” kimi təhdidlər alıram”, -deyə diplomat bildirib.

“Lenta.ru” xəbər verir ki, səfir öz təhlükəsizliyindən narahat deyil, lakin Türkiyə və Rusiya xalqları arasında nifrətin yaranmasınını qarşısının alınmasının zəruri olduğunu vurğulayır.

“Belə abu-hava iki ölkə arasında mövcud olan münasibətləri təhlükə altına sala bilər”, - deyə Yerxov əlavə edib.

0.39940810203552