Çeçenistanda Rusiya Qvardiyasına hücum: Ölən və yaralanan var

Qroznı (Çeçenistan, Rusiya) ətrafında naməlum şəxslər Rusiya Qvardiyasının hərbi karvanına hücum ediblər.

Bakunews.media xəbər verir ki, bu barədə TASS-a qurumun mətbuat xidməti məlumat verib.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

"Qroznı ətrafında naməlum şəxslər hərbi karvana hücum ediblər. Atışma nəticəsində hərbçilərdən biri ölüb, digəri isə yaralanıb", - məlumatda deyilir.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona bütün lazımi köməklik göstərilib.

"Hücum edənlərin axtarışı və saxlanılması üçün tədbirlər görülür", - Rusiya Qvardiyası yekunlaşdırıb.

0.063521862030029