İranda 88 il həbs cəzası alan güneyli fəallara dəstək kampaniyası başladıldı

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsinin xüsusi qəddarlığı ilə tanınan hakimi Əbülqasım Sələvatinin Güney azərbaycanlı milli fəallara ümumilikdə 88 il həbs cəzası verməsindən sonra fəallara dəstək kampaniyasına start verilib.

Bakunews.media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, sosial şəbəkələrdə edilən paylaşımlarda onların dərhal azadlığa buraxılması və hüquqlarının tanınması üçün birləşməyə çağırış edilib.

Paylaşımlarda kampaniyaya çağırış edilərək yazılıb: "Təbriz vaxtı ilə saat 09:00-da başlayacaq 24 saatlıq "Trend Topik" kampaniyasına qoşulun. Onların və Güney Azərbaycanın səsi olun. Gəlin səsimizi eşitdirək".

0.048667907714844