"Nürnberq"in yarımmüdafiəçisi: "Mahir Emreli ilə koordinasiyamız getdikcə yaxşılaşır"

Almaniyanın "Nürnberq" futbol klubunun yarımmüdafiəçisi Julian Yustvan ötən gecə keçirilən "Regensburq"la matçdan sonra Mahir Emreli və komanda yoldaşları ilə bağlı danışıb.

Bakunews.media klubun rəsmi saytına istinadla xəbər verir ki, Julian Yustvan oyun sonra müsahibəsində Mahir Emreli ilə koordinasiyasının əvvəlki matçlara nisbətən daha yaxşı olduğunu bildirib.

"Bu gün hər şey uğurlu oldu. Bu oyunu uzun müddət xatırlayacağam. Mən yarımmüdafiəçiyəm və hücumçuları qol epizodu yaradacaq ötürmələrlə təmin etməliyəm. Bu matçda isə öhdəliyimin öhdəsindən gələ bildiyim üçün çox şadam. Stefanos və Mahirlə koordinasiya da getdikcə yaxşılaşır. Digər oyunlarımızın daha yaxşı olacağına inanıram".

0.058105945587158